Sağlamlıq, gözəllik və formada qalmaqla bağlı faydalı məsləhətləri ilə sosial media fenomeninə çevrilən Benan Kurtuluş Sarac ölkəmizdə aldığı mükafatla gündəmə gəldi.
O, sağlam həyat mövzusunda Tükiyənin ən yaxşısı olan həyat yoldaşı Dr. Ender Saracla sağlamlıq, meditasiya, şəfa düşərgələri və öz sahəsində mütəxəssis olan həkimlərlə seminarlar və təlimlər təşkil edir.
Benan Kurtulmuş Sarac 1980-ci ildə İstanbulda anadan olub. Kollec təhsilini İstanbulda başa vurduqdan sonra ali təhsilini İngiltərə və Amerikada alan Benan Kurtuluş Beynəlxalq biznes üzrə ixtisaslaşır. O, Amerikada olduğu müddətdə biznes, maliyyə, satış-marketinq və əməliyyatlar kimi müxtəlif departamentlərdə böyük iş təcrübəsi qazanır.
Həyat yoldaşı ilə tanış olduqdan sonra Türkiyədə qalıb səhiyyə sektoruna daxil olur. Benan Kurtuluş dünyaca məşhur Homeopat Dr. Vangelis Zafiroudan Alternativ Təbabət üsulu olan Homeopatiya təlimi alır.
Özünü hərtərəfli inkişaf etdirən Benan Kurtuluş məşhur aşpazlardan kulinariya dərsləri alaraq öz üslubunu yaradır. On ildən artıqdır ki, hərtərəfli sağlamlıq, qocalma, sağlam həyat, böyüklər və uşaqlar üçün sağlam qidalanma, çay, ədviyyat və yağların istifadəsi, idman, hamiləlik zamanı və ondan sonra qulluq kimi dərslər verir.
Benan Kurtuluş Sarac 30 oktyabr 2022-ci ildə Global Health Awards layihəsində ilin “The Well-Known Health Entrepreneur” nominasiyasına layiq görülüb.

