Noyabrın 19-da saat 7 radələrində Yasamal rayonunun A.Şərifzadə küçəsində yolu keçən əcnəbi vətəndaş H.Naimi naməlum avtomobillə vurulub.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsinin “Toyota” markalı avtomobillə törədilməsi müəyyən olunub və sürücü, Bakı şəhər sakini Elcan Vəliyev avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.