"Doraline" əczaçılıq şirkətinin direktoru, əczaçı, sahibkar Farhod Safarov Özbəkistanda 6 uğurlu layihənin təsisçisidir. "Doraline", "Planbaby.uz" layihəsi, "Planbaby" klinikaları, "Anest pharma" bu siyahıya daxildir. Yaratdığı virtual klinika timsalında Farhod Səfərov Özbəkistanda teletibb ideyasını dəyişir.
Daşkənd Əczaçılıq İnstitutunun əczaçılıq fakültəsini bitirən Farhod Safarov tələbəlik illərində öz ehtiyaclarını ödəmək üçün aptekdə işləyir. Burada işlədiyi müddət ərzində dərman dünyasının bütün sirlərini öyrənir və bu sahədə xeyli təcrübə toplayır.
Bu sahədəki uğurlu fəaliyyətindən danışarkən qeyd edir ki: “Dərmanların 90 faizi xaricdən idxal olunurdu və bu məni təəccübləndirirdi. Düşündüm ki, niyə onları özüm hazırlamayım? Vitaminlərin sərbəst buraxılması ilə başlamaq qərarına gəldim. Satmağı bilirdim, indi öz istehsalıma başlamalı idim. İlk başlarda xeyli əziyyət çəksəm də nəticə uğurlu oldu”.
Beləliklə 2014-cü ildə Farhod Safarovun ilk layihəsi "Doraline" müəssisəsi rəsmi olaraq fəaliyyətə başladı.
Bu gün artıq o, Özbəkistanın səhiyyə sektorunda özünü sübut etmiş uğurlu iş adamlarından biridir. "Doraline" Şirkətinin bütün ölkə üzrə çoxsaylı filialları var. Şirkət 30-a yaxın qida əlavəsi istehsal edir. Onların sırasında probiyotiklər, minerallar, amin turşuları və vitaminlər, dərman bitkilərinə əsaslanan preparatlar var. "ISO 22000" sertifikatlı şirkət beynəxalq standartların tələblərinə uyğun formada məhsul istehsal etməklə beynəlxalq bazara çıxarır. Növbəti addım Türkiyə, Rusiya və Koreyanın dərman bazarlarına çıxaraq brendimizi bütün dünyada tanıtmaqdır.
Uğurlu fəaliyyətini davam etdirən əczaçının növbəti uğurlu layihəsi Virtual klinika olaraq 2019-cu ildə təsis etdiyi "Planbaby.uz" layihəsidir. Layihə sonsuzluğun müalicəsi, qadın və kişilərin reproduktiv sağlamlığını bərpa etmək məqsədilə yaradılmışdır. "Planbaby.uz" layihəsi sayəsində on min cütlükdən iki mininin valideyn olmaq arzusu gerçəkləşdi.
Farhod Safarov 30 oktyabr 2022-ci ildə Global Health Awards layihəsində ilin “The Most Famous Health Entrepreneur” nominasiyasına layiq görülüb.


