İspaniya millisinin yarımmüdafiəçisi Qavi dünya çempionatları tarixində qol vuran ən gənc futbolçu olub.
Metbuat.az xəbər verir ki, Qavi 18 yaş 110 günlüyündə fərqlənib. Belə ki, o, buna Kosta Rika ilə qrup mərhələsinin matçında komandasının 5-ci qolunu vuraraq nail olub.
Rekord isə Braziliya yığmasının və dünya futbolunun əfsanəsi Peleyə məxsusdur. Pele 1958-ci ildə İsveçrə ilə matçda fərqlənərkən 17 yaş 249 günlüyündə olub.
Qeyd edək ki, İspaniya millisi Kosta Rikanı 7:0 ilə darmadağın edib.