Rusiyanın Suriyadakı qüvvələrinin komandanı general Aleksandr Çayko PKK/YPG terror qruplaşmasının “komandan”ı Malzum Abdi ilə bir araya gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” qəzeti məlumat yayıb. Bildirilir ki, Rusiya tərəfi PKK/YPG-yə təklif irəli sürüb. Təklif terrorçuların Türkiyə sərhədlərindən 30 kilometr məsafəyə çəkilərək, boşaldılan ərazilərin Suriya ordusuna təhvil verilməsindən ibarət olub. Məlumata görə, təklif rədd edilib.

Qeyd edək ki, İstanbuldakı terror aktından sonra Türkiyə Hava Qüvvələri Suriyanın və İraqın şimalında əməliyyatlara başlayıb. Suriyanın şimalında quru hərəkatının da başlayacağı gözlənilir.