Meksika millisi Qətərdə keçirilən dünya çempionatında 1 top fərqinə görə qrupda qalıb.
Metbuat.az xəbər verir ki, Meksika C qrupunun son turunda Səudiyyə Ərəbistanını 2:1 hesabı ilə məğlub etsə də, 1/8 finala vəsiqə qazana bilməyib. 2:0 hesabı ilə irəlidə olan Meksika növbəti qol üçün irəli atılarkən, 90+5 dəqiqədə qol buraxıb. Meksika millisi Polşa ilə eyni - 4 xala malik olsa da, topların nisbətinə görə rəqibindən geri qalıb. Qrupun digər oyununda Argentina Polşaya 2-0 hesabı ilə qalib gəlib. Argentina 1/8 finala qrup lideri kimi çıxıb.
Qeyd edək ki, Polşa 2 top vurub, 2 top buraxıb. Meksika isə 2 top vurub 3 top buraxıb. Polşa-Meksika arasında oyun 0-0 hesabı ilə başa çatmışdı.