Dünya çempionatının qrup mərhələsində çıxa bilməyərək uğrusuzluqla üzləşən Meksika millisinin baş məşqçisi Gerardo Martino istefa verib.

Metbuat.az xəbər verir ki, 60 yaşlı mütəxəssiz millinin uğrusuzluğuna görə istefa verdiyini açıqlayıb.

Meksika C qrupunun son turunda Səudiyyə Ərəbistanını 2:1 hesabı ilə məğlub etsə də, 1/8 finala vəsiqə qazana bilməyib. Meksika millisi Polşa ilə eyni - 4 xala malik olsa da, topların nisbətinə görə rəqibindən geri qalıb. Meksika 1990-cı ildən bəri dünya çempionatında ilk dəfə qrupdan çıxa bilməyib.

Qrupun digər oyununda Argentina Polşaya 2-0 hesabı ilə qalib gəlib. Argentina 1/8 finala qrup lideri kimi çıxıb.

Qeyd edək ki, Polşa 2 top vurub, 2 top buraxıb. Meksika isə 2 top vurub 3 top buraxıb. Polşa-Meksika arasında oyun 0-0 hesabı ilə başa çatmışdı.