20 Yanvar günü hava necə olacaq?

20 Yanvar günü hava necə olacaq?
13:11 19 Yanvar 2015
74 Sosial
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq..

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 20-də səhər Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, arabir tutulacaq. Bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi əsəcək.

Gündüz hava buludlu olacaq, arabir açılacaq, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək. Axşam havanın dəyişkən buludlu, əsasən yamursuz keçəcəyi, bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında temperatur səhər 4-6, gündüz 7-11, gecə 4 dərəcə isti olacaq.

Yanvarın 20-də rayonlarda da havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Qərb küləyi gündüz dağlıq ərazilərdə arabir güclənəcək.
Temperatur aran rayonlarında gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlıq rayonlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=320499

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR