Əfsanəvi braziliyalı Pele Fransa millisinin hücumçusu Kilian Mbappeyə dəstək mesajı yazıb.
Metbuat.az xəbər verir ki, Mbappenin "Kral üçün dua edin" tvitini paylaşıb. Bundan sonra isə Pele gənc ulduza belə cavab yazıb:
"Təşəkkür edirəm. Bu çempionatda mənim daha bir rekordumu qırmağını görməkdən şad olaram, dostum".
Xatırladaq ki, hazırda Pele xəstəxanada müalicə alır.
Qeyd edək ki, Mbappe dünya çempionatları tarixinə 24 yaşa qədər 9 qol vuran ilk futbolçu kimi düşüb. Halbuki bundan əvvəl rekord hesabında 7 top olan Peleyə məxsus idi.