FHN Ucarda iki nəfərin yanaraq ölməsi ilə nəticələnən yol qəzası haqqında məlumat yayıb

13:12 19 Yanvar 2015
140 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 13:06 ]

Bakı. Hafiz Heydərov – APA. Fövqəladə Hallar Nazirliyi Ucarda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə Bakı-Qazax yolunun 216 kilometrliyində, Ucar rayonu Təzə Şilyan kəndi ərazisində “Mercedes” markalı minik avtomobili ilə "KamAZ" markalı yük avtomobilinin toqquşması və yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü, 1962-ci il təvəllüdlü Ehtiram Əkrəm oğlu Salahov və sərnişin Emin Qurbanov ölüb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalmış meyitləri avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

 

Qeyd edək ki, qəzada ölən E. Qurbanov Göyçay rayon prokurorunun köməkçisidir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369573

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR