Almanlar hökumətin kənd təsərrüfatı siyasətindən narazıdırlar

Almanlar hökumətin kənd təsərrüfatı siyasətindən narazıdırlar
13:13 19 Yanvar 2015
134 Dünya
Ölkə mətbuatı
A- A+


Berlin, 19 yanvar, AzərTAc
Berlində on minlərlə insan hökumətin kənd təsərrüfatı sahəsində siyasətinə qarşı etiraz nümayişinə çıxıb. EPD agentliyi polisin məlumatına istinadla xəbər verir ki, “Yaşıl həftə” beynəlxalq kənd təsərrüfatı sərgisi fonunda keçirilən nümayişdə 25 minə yaxın insan iştirak edib. Aksiyanın təşkilatçıları isə etirazçıların bu nümayişində iştirak edənlərin sayının 50 minə yaxın olduğunu bildirirlər.
“Aqrobiznesin əlindən təngə gəlmişik” devizi altında çıxış edən manifestasiya iştirakçıları, başqa tələblərdən əlavə, bütün dünyada insanların sağlam və ucuz qida məhsulları ilə təmin olunmasını, qiymətlərin insaflı, heyvanların saxlanması şəraitinin münasib olmasını tələb ediblər. Aksiya iştirakçıları istehsalda gen mühəndisliyindən istifadə edilməsinə, habelə Avropa İttifaqı ilə ABŞ arasında Transatlantik Azad Ticarət Zonası (TTİP) yaradılmasının əleyhinə çıxış ediblər.
Agentlik aksiya təşkilatçılarının bir nümayəndəsinin aşağıdakı sözlərini sitat gətirir: “TTİP qlobal kənd təsərrüfatı konsernlərinin maraqlarına xidmət edəcək və nəticədə bütün dünyada kəndli təsərrüfatlarının çoxu sadəcə olaraq mövcudluq imkanlarından məhrum olacaqlar. Bu zonanın yaradılması həm də istehlak standartlarının səviyyəsinin aşağı düşməsinə gətirib çıxaracaq”.
Vüqar Seyidov
AzərTAc-ın xüsusi müxbiri
Berlin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Almanlar_hokumetin_kend_teserrufati_siyasetinden_narazidirlar-825716

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR