Ötən gün dünyasını dəyişən braziliyalı əfsanəvi futbolçu Pelenin dəfn olunacağı tarix bəlli olub.
Metbuat.az xəbər verir ki, dəfn mərasimi 2023-cü il yanvarın 3-də gerçəkləşəcək.
Yanvarın 2-də onun cənazəsi vəfat etdiyi xəstəxanadan "Santos" klubunun stadionuna aparılacaq. Vida tədbiri yerli vaxtla saat 10:00-da başlayacaq və bir gün davam edəcək.
Mərasim ictimaiyyət üçün açıq olacaq.