11 min ailə dağıldı

11 min ailə dağıldı
13:27 19 Yanvar 2015
101 Sosial
Ölkə mətbuatı
A- A+

Ötən il dekabr ayının 1-nə olan vəziyyətə görə, Azərbaycanda 11 min nəfər boşanıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda rəsmi orqanlar tərəfindən 78,5 min nikah halı qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 9,1, boşanmaların sayı isə 1,3 olub.

2014-cü ilin yanvar-noyabr aylarında Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafıq qurumları tərəfındən Azərbaycana daimi yaşamaq üçün 1534 nəfər gələn və 742 nəfər ölkədən gedən qeydə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR