Qanlı Yanvar Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir

Qanlı Yanvar Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir
13:28 19 Yanvar 2015
101 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc 
Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Azadlıq salnaməsi” adlı anma tədbiri keçirilib.
Muzeydən AzərTAc-a bldirilib ki, əvvəlcə tədbir iştirakçıları faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Anma mərasimində muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı Azərbaycan xalqının 20 Yanvar hadisələrində göstərdiyi şücaətdən, əliyalın insanlara qarşı törədilən ağır cinayətdən danışıb. Bu dəhşətli günün Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq, azadlıq salnaməsi kimi yazıldığını qeyd edib.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsinin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək, millətimizə qarşı törədilmiş ağır cinayətə öz kəskin etirazını bildirib.
Digər çıxış edənlər də sovet qoşunlarının xalqımıza qarşı həyata keçirdiyi vəhşiliklərdən danışıblar. Qeyd edilib ki, 20 Yanvar tariximizə Azərbaycanın azadlığı və bütövlüyü uğrunda mübarizə - qəhrəmanlıq səhifəsi kimi daxil olub. Məhz 20 Yanvar faciəsi göstərdi ki, Azərbaycan xalqı həmişə işğalçılara qarşı etirazını bildirib, milli kimliyini, azadlığını, suverenliyini hər şeydən üstün tutub.
Sonda tədbir qısametrajlı “Qanlı Yanvar” filminin nümayişi ilə başa çatıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qanli_Yanvar_Azerbaycan_xalqinin_qehremanliq_salnamesidir-825720

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR