Türkiyənin Qəhrəmanmaraş bölgəsində qeydə alınan 7,7 bal gücündə zəlzələ geniş miqyasda hiss olunub.

Metbuat.az xəbər verir ki, zəlzələni hiss edən ölkələr sırasına Misir, İsrail, Suriya və Livan da var. Maraqlı bir fakt odur ki, Danimarka və Qrenlandiya Geoloji Xidməti zəlzələnin bölgədə hiss edildiyini açıqlayıb. Agentliyin seysmoloqu Tine Larsen AFP-yə deyib ki, onlar bölgədə çoxlu sayda təkanlar qeydə alıblar.

Larsen qeyd edib ki, zəlzələ dalğaları Danimarkanın Bornholm adasındakı seysmoqrafa zəlzələ başlamasından təxminən 5 dəqiqə sonra çatıb. Yeraltı təkanlar isə zəlzələdən 8 dəqiqə sonra Qrenlandiyanın şərq sahillərinə çatıb və bütün Qrenlandiyaya yayılıb.