Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva vəzifəsindən azad olunub.
Axşam.az-ın məlumatına görə, bu barədə "Report"a nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
O bildirib ki, U.Tağıyeva öz ərizəsi ilə vəzifəsindən azad edilib.
Direktorun səlahiyyətləri Büronun baş hidroloqu Asif Verdiyevə həvalə olunub.