Qroznıda peyğəmbərin karikaturalarının yayılmasına etiraz məqsədilə kütləvi aksiya keçirilir - VİDEO

Qroznıda peyğəmbərin karikaturalarının yayılmasına etiraz məqsədilə kütləvi aksiya keçirilir - VİDEO
13:42 19 Yanvar 2015
114 Dünya
Ölkə mətbuatı
A- A+



Bakı. Rüfət Əhmədzadə – APA. Çeçenistanın Qroznı şəhərinin Hacı Əhməd Kadırov meydanında “Məhəmməd peyğəmbərə sevgi” şüarı ilə on minlərlə insanın iştirak etdiyi mitinq başlayıb.

 APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, kütləvi tədbir Çeçenistan din xadimlərinin təşəbbüsü və Çeçenistan rəhbəri Ramzan Kadırovun dəstəyi ilə təşkil olunub. Aksiyada Məhəmməd peyğəmbərin karikaturalarının yayılması və müsəlmanların dini hisslərinin təhqir olunmasına etiraz bildirilir.

 

Mitinqdə çıxış edən Çeçenistan rəhbəri Ramzan Kadırov çıxşında “Charlie Hebdo” jurnalının redaksiyasına terror hücumunun arxasında Qərb dövlətlərinin xüsusi xidmət orqanlarının dayanmasını istisna etmədiyini söyləyib. O bildirib ki, Avropa Parisdəki faciədən lazımi nəticə çıxarmayıb: “Atəş açanları mühakimə etmək və karikaturalarla buna əsas yaradan şəxsləri qınamaq əvəzinə, Fransa hökuməti özbaşınalığı dəstəkləyən şüarlarla şou təşkil etdi. Bu, onu deməyə əsas verir ki, karikaturalarla bağlı insidentin arxasında “İŞİD”in sıralarına minlərlə aldanmış gəncin əlavə olunmasına çalışan Qərb
ölkələrinin xüsusi xidmət orqanları dayanır. Əgər tələb olunsa, inanclılar peyğəmbəri
təhqir edən istənilən şəxsin cavabını verməyə hazırdır”.

 

R. Kadırov islamın xeyirxahlıq və quruculuq dini olduğunu bəyan edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369584

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR