Samira: "Gözümdən yaş axır, amma ləzzət alıram"

Samira: "Gözümdən yaş axır, amma ləzzət alıram"
13:42 19 Yanvar 2015
161 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Samira Allahverdi şirniyyat və turşu yemir.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, “Hər şey daxil” verilişinin qonağı olan sənətçi formada qalmaq üçün bəzi qidalardan imtina etdiyini deyib:
 
“Ciddi pəhriz saxlamıram, amma yeməyimə fikir verirəm. Şirniyyatı heç ürəyim istəmir. Acını sevirəm. Acı bibər yeyirəm, gözümdən yaş axır, amma ləzzət alıram. Yeməyi soğansız yeyə bilmərəm. Çayı çox sevirdim. Amma bir ildir çay da içmirəm. Mənə köp verirdi. İndi müxtəlif otlardan hazırlanan çaydan istifadə edirəm. Səhər acqarına iki stəkan su içirəm. Bu çox xeyirlidir. Bunlardan əlavə, idmanla məşğul oluram”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/319803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR