Yaz havası davam edəcək

Yaz havası davam edəcək
13:11 25 Dekabr 2014
57 Digər
Ölkə mətbuatı
A- A+

Sabah ölkədə mülayim hava müşahidə olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 26-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava müşahidə olunacaq. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi yarımadanın bəzi yerlərində güclənəcək, axşam şimal-qərb küləyilə əvəzlənəcək.

Temperatur gecə 4-7, gündüz 10-14 dərəcə isti olacaq.

Dekabrın 26-da rayonlarda da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Temperatur aran rayonlarında gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlıq rayonlarda isə gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=316220

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR