Rusiya İstintaq Komitəsinin rəhbəri İrəvana səfər edəcək

13:52 19 Yanvar 2015
86 Dünya
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 13:48 ]

Bakı – APA. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bu gün İrəvana səfər edəcək.

APA-nın məlumatına görə, A. Bastrıkinin səfəri ermənistanlı həmkarı Aqvan Ovsepyanın dəvəti əsasında baş tutacaq.

 

Səfər zamanı tərəflər Avetisyan ailəsinin qətli ilə bağlı ararılan istintaqa aid məsələləri müzakirə edəcəklər. A. Ovsepyan istintaqın əhəmiyyəti nəzərə alaraq A. Bastrıkini Ermənistana səfərə dəvət edib.

 

Xatırladaq ki, yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvü güllələnib. Cinayəti Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov törədib. O, Ermənistan-Türkiyə sərhədini keçmək istəyərkən Rusiya sərhədçiləri tərəfindən saxlanılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369586

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR