Bakı, 19 yanvar, AzərTAc
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müəsissələri üzrə ötən il 108 yeni iş yeri açılıb, rabitəçilərin orta aylıq əmək haqqı 11,1 faiz artaraq 388,7 manata çatıb.
Nazirlikdən AzərTAc-a bildirilib ki, sektor üzrə orta aylıq əməkhaqqı 9,3 faiz artaraq 733,5 manat təşkil edib. Telekommunikasiya sektorunda orta aylıq əməkhaqqı 835,6 manat, poçt sektorunda isə 240, 9 manat olub.