Azərbaycanın müdafiə naziri Bəhreynə rəsmi səfərə yola düşüb

13:12 25 Dekabr 2014
46 Sosial
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 12:23 ]

Bakı – APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 25-də Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Bəhreyn Kralı, Müdafiə Qüvvələrinin Ali Baş Komandanı Əlahəzrət Şeyx Həməd bin İsa Əl Xəlifə, Bəhreyn Müdafiə Qüvvələrinin Baş komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd Əl Xəlifə ilə görüşlərin keçirilməsi, Bəhreyn Hərbi Hava və Hərbi Dəniz Qüvvələri Komandanlıqlarının, hərbi tibb müəssisələrinin ziyarət edilməsi, o cümlədən İkitərəfli Əməkdaşlıq Planının imzalanması nəzərdə tutulub.

 

Səfər dekabrın 27-dək davam edəcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367200

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR