Argentina prezidentinə cinayət işi açan prokuror öldürüldü

Argentina prezidentinə cinayət işi açan prokuror öldürüldü
14:05 19 Yanvar 2015
83 Dünya
Ölkə mətbuatı
A- A+

Argentina prezidenti Kristina Fernandes de Kirşnerə qarşı cinayət işi açan prokuror Alberto Nisman ölmüş vəziyyətdə tapılıb.

Trend-in Türkiyənin "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, evinin hamamında aşkar edilən prokurorun başına bir güllə vurulub.

A.Nisman 1994-cü ildə Buenos-Ayresdə 85 nəfərin öldüyü və 300 nəfərin yaralandığı yəhudi mərkəzinə edilən hücumda əlinin olduğunu iddia edərək prezidentə qarşı cinayət işi açmışdı.

Prokurorun bir neçə gün ərzində parlamentə gələrək K.F.Kirşner və onun əlaltıları haqqında hücumla bağlı təfərrüatlı açıqlama verəcəyi gözlənilirdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319820.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR