Türkiyədə "Kəlbəcər girovları" ilə bağlı imzatoplama kampaniyası başlayıb

Türkiyədə "Kəlbəcər girovları" ilə bağlı imzatoplama kampaniyası başlayıb
14:09 19 Yanvar 2015
99 Dünya
Ölkə mətbuatı
A- A+

 

"İqdır Azərbaycan Evi" Dərnəyi Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılmaları üçün imzatoplama kampaniyasına başlayıb. Türkiyə-Azərbaycan Dərnəyinin İğdır vilayəti üzrə təmsilçisi, iğdırlı jurnalist Sərdar Ünsal APA TV-yə bildirib ki, kampaniya fevralın 26-dək davam edəcək. Toplanan imzalar Türkiyə prezidenti və baş nazirinə göndəriləcək: "Yanvarın 17-dən imzatoplama kampanyasına başlamışıq. Bütün iqdırlıları kampanyaya dəvət edirik. Məqsəd Ermənistanda girov saxlanan Azərbaycan türkləri Dilqəm Əsgərov və Şahbaz Quliyevin sərbəst buraxılmaları üçün ictimai təzyiq formalaşdırmaqdır.

Sağlam düşüncə sahibi olan insanları bu kampanyaya qatılmalağa dəvət edirik".

 

S.Ünsal əlavə edib ki, Azərbaycanın erməni işgalı altında olan Kəlbəcər bölgəsinə - vətən toprağını görməyə, anasının məzarını ziyarət etməyə gedən Dilqəm Əsgərov ve Şahbaz Quliyevin Ermənistan Silahlı Quvvələri tərəfındən girov saxlanıb həbs cəzasına məhkum edilmələri qəbuledilməzdir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190789

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR