Bakıda bu yollar bağlanacaq - SİYAHI

Bakıda bu yollar bağlanacaq - SİYAHI
14:12 19 Yanvar 2015
245 Sosial
Ölkə mətbuatı
A- A+

20 Yanvarın ildönümündə Bakıda hərəkətin məhdudlaşdırılacağı küçələrin adları məlum olub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun anspress-ə verdiyi məlumata görə, Parlament prospektindən Şəhidlər xiyabanı istiqamətində olan bütün küçələrdə hərəkət dayanacaq.

Bununla yanaşı, Teleteatrdan başlayaraq Mehdi Hüseyn küçəsində, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşviq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Milli Məclisin inzibati binasının arxa hissəsində İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətində də yollar bağlanacaq.

Qeyd edək ki, səhər saat 7:00-dan tədbir tam yekunlaşana qədər adıçəkilən küçələrdə hərəkət məhdudlaşdırılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319832.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR