Fransızlara xəbərdarlıq: evdən çıxmayın!

Fransızlara xəbərdarlıq: evdən çıxmayın!
14:17 19 Yanvar 2015
63 Dünya
Ölkə mətbuatı
A- A+

Nigerdə "Charlie Hebdo" nəşrinin qalmaqallı karikaturalarına etiraz əlaməti olaraq keçirilən aksiyalarda 10 nəfər ölüb.

Trend-in Türkiyənin "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, 3 gündür davam edən aksiyalar dünən təhlükəsizlik qüvvələrinin gözyaşardıcı qazdan istifadə etməsi ilə başa çatıb.

Polis paytaxt Niameydə icazəsiz aksiyaya qatılan yüzlərlə etirazçını güc tətbiq edərək dağıtmaq məcburiyyətində qalıb.

Niameydə ötən gün Fransa Mədəniyyət Mərkəzi yandırılıb.

Bu səbəbdən ölkədə yaşayan fransızların evdən çıxmaması barədə xəbərdarlıq edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR