Joze Mourinyo iş yerini dəyişə bilər.
Metbuat.az xəbər verir ki, portuqaliyalı mütəxəssisə PSJ klubundan təklif var. İddialara görə, PSJ-nin əsas seçimi Zinəddin Zidandır. Lakin Zidanın PSJ-yə istəkli yanaşmadığı irəli sürülür. Buna görə də PSJ “Roma” klubunun baş məşqçisi Joze Mourinyonu komandaya gətirmək istəyir. Məlumata görə, çempionlar liqasında “Bavariya”ya məğlubiyyətdən sonra PSJ rəhbərliyi daha iddialı məşqçi gətirmək istəyir.
Qeyd edilir ki, Joze Mourinyoya Səudiyyə Ərəbistanından da iddiaları təklif var.