Damda şahmat oynayan azyaşlılar - FOTO

Bakıda damın üstündə şahmat oynayan azyaşlıların görüntüsü müzakirəyə çevrilib.

Metbuat.az xəbər verir ki, fotonu Əməkdar artist Bəhram Bağırzadə yayıb. O qeyd edib ki, şəkil Bakı şəhərinin həyətlərindən birində çəkilib. Həmin ərazidə bir müddət əvvəl şahmat məktəbi yerləşib, lakin sonradan ətriyyat mağazasına çevrilib. Ona görə də uşaqlar metal qarajların damında şahmat oynayıblar.

Bəhram Bağırzadə məktəblərdə şahmat dərslərinin təşkilinin vacibliyini vurğulayıb:

"Hörmətli elm və təhsil naziri! Uzun illərdir, Azərbaycanın böyük şahmat gücünə malik olduğu üçün şahmatın məktəb proqramına fənn kimi daxil edilməsinin zəruriliyindən yazıram. Bizim böyük şahmatçılarımız olub, var və olacaq. Amma biz irəli getmək istəyiriksə, vətəndaşlarımızın inkişaf etmiş intellektə, məntiqi təfəkkürə malik olmasını, cəld qərar qəbul etməyimizi istəyiriksə, şahmat kimi bir fənn lazımdır! Təəssüf ki, bütün müraciətlərim sadəcə müraciət olaraq qalıb... Bizim “qonşularımız” isə çoxdan şahmatı məktəb proqramına daxil edib və yaxşı nəticələr əldə edirlər. Bunu etməsək də, hər şeyə rəğmən, hər il yeni, istedadlı şahmatçılarımız gəlir! Şahmat məktəb təhsilinin bir hissəsinə çevrilsə, nə baş verəcəyini təsəvvür edə bilərsinizmi!? İlk addımı - E2-E4 etdim. Necə deyərlər, ağlar başlayır və qalib gəlir!", - deyə o qeyd edib.

Bir 2 nəfər və yanğın pilləkənləri şəkili ola bilər



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR