"Ronaldodan forma istədim, amma üzümə belə baxmadı"

Səudiyyə Ərəbistanının “Əl-Vəhda” klubunun hücumçusu Yan-David Boqel “Əl-Nəsr”ın forvardı Kriştiano Ronaldo haqqında danışıb.

Metbuat.az xəbər verir ki, Boqel Səudiyyə Ərəbistanı kubokunun yarımfinal görüşündə 38 yaşlı hücumçunun ona qarşı hörmətsizlik etdiyini söyləyib. Futbolçunun sözlərinə görə, Ronaldodan forma istəyib, lakin portuqaliyalı heç onun üzünə belə baxmayıb: “Oyundan sonra Ronaldoya onun böyük fanatı olduğumu dedim, forma istədim. Mənə üzümə belə baxmadı. Onun oyununu izləyib böyüdüyüm üçün susdum".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR