"Əl-Nəsr” prezidenti istefa verdi

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun prezidenti Musalli Əl-Muammer istefa verib.

Metbuat.az xəbər verir ki, o, istefa ərizəsini İdman Nazirliyinə təqdim edib. Buna Kriştianu Ronaldu transferinin uğursuz olmasının səbəb olduğu bildirilib. Tezliklə klubda yeni idarə heyətinin formalaşdırılacağı qeyd olunub.

Xatırladaq ki, daha əvvəl klub pezidenti açıqlamasında portuqaliyalını transfer etməyin yanlış addım olduğunu deyib:

“Həyatımda cəmi iki dəfə aldadılmışam. Birincisində üç kabab sifariş verdiyim zaman ikisi gəlmişdi. İkincisində isə Kriştianu Ronaldu ilə müqavilə imzaladıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR