Formula 2-də sprint yarışının qalibi bəlli oldu

“Preme Racing”in britaniyalı pilotu Oliver Berman Bakıda Formula 2 üzrə birinci sprint yarışın qalibi olub.

Metbuat.az xəbər verir ki, O.Bermanın komanda yoldaşı Frederik Vesti yürüşü ikinci, “Hitech”in pilotu Jak Krouford isə üçüncü pillədə başa vurublar.

Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır. Pilotlar Bakı şəhər halqasında 21 dövrə vurublar.

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində ötən gün keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşdə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda “Preme Racing” komandasının pilotu Oliver Berman birinci olub. “Hitech”in üzvü İsak Hajar yarışı ikinci, “Campos Racing”dən Kuş Maini üçüncü pillədə başa vurublar. Sıralanma turunda da Oliver Berman fərqlənib. “Rodin Carlin” komandasının üzvü Enzo Fittipaldi ikinci, “ART Grand Prix”in pilotu Teo Purşer isə üçüncü pillədə yer alıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR