Ronaldo ayrılıq iddialarına belə cavab verdi - FOTO

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldo sevgilisi ayrıldığı iddialarına cavab verib.

Metbuat.az xəbər verir ki, bu barədə futbolçu sosial media hesabında paylaşım edib.

O, "sevgiyə alqışlar" yazaraq sevgilisi Corcina Rodriqezlə ilə səmimi fotosunu paylaşıb.

Xatırladaq ki, bir neçə gün əvvəl yerli mətbuatda cütlüyün ayrılmaq üzrə olduqları barədə məlumat paylaşılmışdı.

Qeyd edək ki, Ronaldonun 5 övladından 2-sinin anası Corcinadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR