Arda Güler bu kluba keçir - Avropa nəhəngi rəsmən həmlə etdi

“Fənərbağça”nın futbolçusu Arda Güler daha bir Avropa nəhənginin transfer siyahısına düşüb.

Metbuat.az xəbər verir ki, PSJ gənc oyunçunun xidmətində maraqlıdır. Məlumata görə, Fransa klubu artıq onun üçün danışıqlara başlayıb.“Fənərbağça” Ardanın satışından böyük məbləğ əldə etmək istəyir. İstanbul təmsilçisi 18 yaşlı futbolçunun müqaviləsinə 35 milyon avroluq sərbəstqalma bəndi əlavə etmək niyyətindədir.

Qeyd edək ki, Arda Gülerlə Avropanın daha bir neçə nüfuzlu klubu maraqlanır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR