Rusların əlində "Leopard" tanklarını məhv edəcək silah var - "Bild" nəşri

"Rus qoşunlarında alman "Leopard" tanklarını məhv edə biləcək bir neçə silah var".

Bu məlumatı Almaniyanın nüfuzlu "Bild" qəzeti yazıb. Bu siyahıya tank əleyhinə idarə olunan raketlər, minalar və digər tanklar daxildir. Nəşr iddia edir ki, rusların əlində "Leopard 2"ni zərərsizləşdirəcək uzaqdan idarə olunan müasir tank əleyhinə sistemlər var. Rusiya Silahlı Qüvvələri tandem nüfuzetmə başlığı ilə təchiz edilmiş raketləri ilə alman maşınlarına güc gələ bilərlər.

Xatırladaq ki, Almaniya Ukraynaya 2 “Leopard” tankı və 5 zirehli maşın göndərib. Rəsmi Berlin Kiyevə həmçinin iki zenit özüyeriyən silah da təhvil verib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR