"Təəssüf ki, "Şarli Ebdo" jurnalına qarşı terror aktı ilə bağlı proseslər islam dininə münasibəti beynəlxalq siyasətin gündəliyinin əsas məsələsinə çevirdi".
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz “Twitter” səhifəsində yazıb.
N.Məmmədov qeyd edib ki, görünür, bu prosesin nə dərəcədə təhlükəli olduğunu Avropa İttifaqında bəzi dairələr anlaya bilmədilər: “Doğrudanmı?!”
Milli.Az