Türkiyədən “Nemesis”ə görə Ermənistana CAVAB: “Hava məkanını bağladıq”

“İrəvanda “Nemezis abidəsi”nin açılmasını şiddətlə qınayırıq. Biz bunu qəbul edə bilmərik. Buna cavab olaraq hava məkanımızı erməni təyyarələri üçün bağladığımızı elan edirik”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib. Nazir qeyd edib ki, Ermənistanın bu barədə açıqlamaları səmimi deyil.

Biz adekvat cavab olaraq hava sahəsini bağladıq. Türkiyəyə yalnız Ermənistan parlamentinin sədri gələcək, ona da istisna olmaqla, icazə vermişik. Ermənistan Türkiyəni aldatmağa cəhd etməməlidir. Belə davam etsələr başqa addımlar da ata bilərik”, - deyə nazir bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı