Kür-Bakı su kəmərində QƏZA: Bu rayonların sakinləri susuz qaldı

Kür-Bakı magistral su kəmərinin daha birində qəza baş verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Meyniman kəndində qeydə alınıb.

Qəza Kür-Bakı magistral su kəmərinin Hacıqabul, Biləsuvar rayonları və Şirvan şəhərini suyla təmin edən hissəsində baş verib. Nəticədə həmin yaşayış məntəqələrinə içməli suyun verilişi dayandırılıb. Artıq iki gündür ki, sözü gedən rayonların və şəhərin əhalisi susuz qalıb.

Hacıqabul Rayon İcra Hakimiyyətindən “Report”un yerli bürosuna verilən məlumata görə, qəzanın nəticələrini aradan qaldırmaq məqsədi ilə həmin əraziyə aidiyyəti qurumların işçiləri cəlb olunub. Hazırda həmin ərazidə işlər davam etdirilir. Günün sonunadək magistral su kəmərinin bərpa olunması gözlənilir.

Qeyd edək ki, mayın 2-də Kür-Bakı magistral su kəmərinin Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 19-cu kilometrliyində Bakı şəhərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza baş verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR