​"Daşlı Bulaq" brendi “Reputation Awards 2023”də mükafata layiq görüldü

Keçmiş zamanlarda insanlar təbii bulaq sularından şəfa mənbəyi kimi istifadə ediblər. Minerallarla zəngin bu sular müxtəlif xəstəliklərin müalicəsində istifadə olunub. Ölkəmizdə zəngin tərkibi ilə seçilən bulaq sularından biri də Daşlı Bulaqdır.

Daşlı Bulaq suyu Qafqaz dağlarının 2410 metr yüksəkliyində yerləşən zirvədən öz axarı ilə, təbii tərkibini dəyişmədən, yalnız xüsusi ekofiltrlərdən keçirilərək qablaşdırılır. Heç bir müdaxilə görmədən süfrələri bəzəyən bu təbii bulaq suyu, zəngin mineral tərkibi və təbii dadı ilə təbiətdən gələn şəfa mənbəyidir.

Karbonatlı, silisiumlu, əlvan metallı yataqlardan və gümüş tərkibli mədən daşlardan süzülərək gələn Daşlı Bulaq suyu kalsium və maqnezium kimi minerallarla zənginləşir ki, bu da onun faydalarını maksimuma yüksəldir. Bu minerallar düz bağırsaq, mədə və mədəaltı vəzi xərçənginin, ürək-damar xəstəliklərinin müalicəsində, əzələ sistemi, dəri bariyerinin qorunmasında böyük təsirə malikdir. Gündəlik qəbul edildiyi halda metabolizma və qan dövranının sürətlənməsi, bədəndə olan ödəmin atılması kimi bir çox faydaları bilinməkdədir.

Daşlı Bulaq brendi, 17-18 Mart 2023-cu ildə Ritz Carlton oteldə baş tutan “Reputation Awards 2023” mükafatlandırma mərasimində “The Advisable Water Brand of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR