Bu gün saat 13:05 radələrində Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Kürdəmir rayonu, Sığırlı kəndi ərazisindən keçən 174-cü kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən Metbuat.az-a verilən xəbərə görə, “Mercedes” markalı, 90-ZD-493 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olan “Kamaz” markalı, 66-BH-162 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub. Hadisə zamanı “Mercedes” markalı avtomobildə olan 3 nəfər sərnişin dünyasını dəyişib, 3 nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.