PFL Premyer Liqada oyunun vaxtını dəyişdi

Misli Premyer Liqasının 34-cü turunun oyun cədvəlində dəyişiklik edilib.

Metbuat.az xəbər verir ki, “Sabah” klubu 13 mayda “Beşiktaş”la keçirəcəyi xeyriyyə matçı ilə əlaqədar olaraq Peşəkar Futbol Liqasına rəsmi müraciət ünvanlayıb. “Sabah”ın müraciətini, “Sumqayıt”ın razılıq məktubunu nəzərə alan Peşəkar Futbol Liqasının qərarı ilə 34-cü turun “Sumqayıt” – “Sabah” qarşılaşması 14 maydan 17 maya təxirə salınıb.

Qarşılaşmanın başlama saatı ilə bağlı əlavə məlumat veriləcəyi bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR