NASA-dan insanlara xəbərdarlıq - Peyk yerə düşə bilər

ABŞ Milli Aeronavtika və Kosmik Agentliyinə (NASA) aid istismar müddəti başa çatan peyk Yerə düşə bilər.

Metbuat.az xəbər verir ki, NASA və ABŞ-ın Müdafiə Nazirliyinin açıqlamalarına görə, “Reuven Ramaty” Yüksək Enerjili Günəş Spektroskopik peyki atmosferə girmək üzrədir. Məlumata görə, 272 kiloqramlıq kosmik gəminin böyük hissəsi atmosferə girərkən yanacaq.Lakin peykin bəzi hissələrinin Yerə düşəcəyi gözlənilir. Açıqlamaya görə, bu qalıqların insanlara zərər vurma ehtimalı azdır. Bu ehtimal təxminən 2467-də 1 nisbətindədir.

Qeyd edək ki, 2002-ci ildə orbitə buraxılan peyk 2018-ci ilə qədər 100000-dən çox günəş hadisəsini çəkib və o, rabitə problemlərinə görə istismardan çıxarılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR