"Tofaş" ağaca çırpıldı - Polis həlak oldu / VİDEO

Qəbələdə polis yol qəzasında ölüb.

Metbuat.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindən keçən hissəsində baş verib.

“Tofaş” markalı avtomobilin sürücüsü, polis nəfəri - 1992-ci il təvəllüdlü İlham Cabbarlının idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü və 32 yaşlı sərnişin Hafiz Mahmudlu hadisə yerində vəfat edib.

Digər sərnişin Elşad Əzizli isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı DİN-nin BİTİ-nin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR