“Mənə maraqlı deyil” - Nadirdən 7 yaşlı Fəridin ölümünə QƏRİBƏ REAKSİYA

Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbdə azyaşlının idman zalında məşqçi tərəfindən döyülərək öldürülməsi xəbəri bir neçə gündür ölkənin gündəmini silkələyib.

Azyaşlı, idman müəlliminin vəhşiliyinin, idmanla zorakılığı ayıra bilməməsinin qurbanı olub. İdmançı Mehman Xəlilov sambo məşqləri zamanı 7 yaşlı Fəridə qarşı amansız hərəkətlər edib, uşaq ayağa qalxa bilməyəcək vəziyyətdə olsa belə, müəllim qəddarcasına uşağa məşqə davam etməsi üçün təzyiq göstərib.

Metbuat.az xəbər verir ki, yenisabah.az-a danışan müğənni Nadir Qafarzadə bu cür məsələlərin onun maraq dairəsində olmadığını bildirib:

“Bu cür hadisələr mənə maraqlı deyil, maraqlanmıram. Bu ölkədə gündə nə isə baş verir. Mən maraqlanmıram. Başınızı artıq şeylərlə yükləməyin, ömrünüz azalar, başınız xarab olar. Hər kəs öz problemini özü həll etsin. Biz başqalarının da dərdini çəksək, o dünyaya tez gedərik, başımız xarab olar. Mən hər kəsə sağlam beyin arzulayıram, bizə sağlam beyinlər lazımdır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR