Auditorlar Palatasında Azərbaycanda Beynəlxalq Audit Standartlarının tətbiqi müzakirə olunub

Auditorlar Palatasında Azərbaycanda Beynəlxalq Audit Standartlarının tətbiqi müzakirə olunub
14:33 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc 
Auditorlar Palatasında “1 saylı Beynəlxalq Keyfiyyətə Nəzarət Standartı (ISQC): Maliyyə hesabatlarının auditini və təhlilini, habelə digər təsdiqləmə və əlaqəli xidmətlər üzrə tapşırıqları yerinə yetirən şirkətlərdə keyfiyyətə nəzarət” və “200 saylı BAS (Beynəlxalq Audit Standartları): Müstəqil auditorun ümumi məqsədləri və auditin beynəlxalq audit standartlarına uyğun aparılması” mövzularında seminar keçirilib.
Palatadan AzərTAc-a bildiriblər ki, Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov çıxış edərək Azərbaycanda Beynəlxalq Audit Standartlarının tətbiqinin vacibliyindən danışıb, bu standartlara edilmiş əlavə və dəyişikliklərin müntəzəm olaraq seminar şəklində diqqətə çatdırılacağını qeyd edib.
“HLB Azərbaycan” MMC-nin direktoru, keyfiyyətə nəzarət komitəsinin sədri İslam Bayramov mövzu ətrafında geniş məruzə ilə çıxış edib və müzakirələr aparılıb.
Qeyd edək ki, Beynəlxalq Audit Standartlarının tətbiqinə dair “210 saylı BAS: Audit tapşırığı şərtlərinin razılaşdırılması” və “220 saylı BAS: Maliyyə hesabatları auditinin keyfiyyətinə nəzarət” mövzularında növbəti seminar iyunun 30-da Auditorlar Palatasında keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Auditorlar_Palatasinda_Azerbaycanda_Beynelxalq_Audit_Standartlarinin_tetbiqi_muzakire_olunub-825741

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR