Bütün proqnozları düz çıxan şirkət seçkilərin qalibini açıqladı - VİDEO

Türkiyənin Sonar Araşdırma Şirkətinin sahibi Hakan Bayrakçı mayın 14-də keçiriləcək seçkilər üçün araşdırmanın nəticələrini yayımlayıb.

Metbuat.az xəbər verir ki, bundan əvvəl seçkilərin nəticələrini dəfələrlə düz proqnozlaşdıran və demək olar ki, qalibləri həmişə düz proqnazlaşdıran Sonar Araşdırma Şirkətinin araşdırmasına görə, hazırki Prezident Rəcəb Tayyib Ərdoğan ilk turda 48,8, faiz səs toplayacaq. Kamal Kılıçdaroğlu isə 44,1 səs toplayacaq. Hakan Bayrakçı bildirib ki, araşdırmaların nəticəsi bəzən 1,5 faiz yanıla bilir.

Bu səbəbə görə, Ərdoğanın birinci turda qalib olmaq şansı da var. Onun sözlərinə görə, seçkilər ikinci tura qalarsa, Ərdoğan 52,1 , Kılçdaroğlu isə 47,9 faiz səs toplayacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR