Qəribə mənzərə: Meşədə bişmiş makaron üzə çıxdı - FOTO

ABŞ-ın Nyu Cersi ştatındakı çay hövzəsinin kənarındakı meşəyə onlarla kiloqram makaron atılıb.

Metbuat.az xəbər verir ki, bu barədə 66000 nəfərin yaşadığı qəsəbənin şəhər şurasına namizədi Nina Jochnovitz yazıb. O, 230 kilqoram makaronu təmizlədiyi üçün ictimai işlər şöbəsinə təşəkkür edib. Jochnovitz bildirib ki, seçki kampaniyası zamanı tanış olduğu şəxs ona zəng edərək, çayın kənarına makaron atıldığını bildirib. Atılan makaronun hündürlüyü 7,5 metr olub. Jochnovitz makaronun bişmiş olduğunu desə də, yerli dairələr onların yağışdan islandığını iddia edib.

Jochnovitz makaronu kimin atdığını öyrəndiyini, ancaq adını açıqlamayacağını ifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR