Siyavuş Aslanın oğlunun dəfn yeri MƏLUM OLDU

Xəbər verdiyimiz kimi, Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov bu gün dəfn ediləcək.

Metbuat.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov bu gün saat 14:00-da Təzə Pir Məscidindən Yasamal qəbiristanlığına son mənzilə yola salınacaq. Əlavə edilib ki, dəfnlə bağlı bütün məsələlər üzrə köməklik göstərilib.

Qeyd edək ki, Çingiz Aslanov aprelin 29-da vəfat etsə də, ailəsi təhvil almadığından meyiti 7 gündən artıq morqda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR