Hadisə konsertində Sərvər Bəşirlini səhnəyə dəvət etdi - VİDEO

Müğənni Hadisənin Bakı Konqres Mərkəzində baş tutan konsertdə maraqlı anlar yaşanıb.

Metbuat.az xəbər verir ki, konsertdə əkiz bacılar Sevil və Sevinc Səfərovalar səhnəyə çıxaraq Hadisəyə portret hədiyyə ediblər.

Daha sonra Sevinc Səfərova Türkiyəyə zəlzələ fəlakəti zamanı dəstək olan Sərvər Bəşirlini səhnəyə dəvət edib: "Türkiyə deyəndə iki dövlət, bir millət deyirik.

Biz bunu sözlə deyil, əməl ilə iki dövlət olaraq sübut etmişik. Amma yaxın günlərdə təbii fəlakət yaşandı və bu hadisə hamının başına gələ bilər. Zəlzələ bölgəsinə yola düşən çox böyük bir ürəyə sahib olan insanı hamı yaxşı tanıyır. O Hadisə xanımın dəvəti ilə burdadır. Onu səhnəyə dəvət edirik. Siz böyük ürəyə sahib insansınız. Sizə təşəkkür edirik".

Həmin görüntüləri təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR