"Qalatasaray" məşhur futbolçunu transfer edir - FOTO

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Metbuat.az offsideplus.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Portuqaliya "Sportinq"ində forma geyinən sağ cinah müdafiəçisi Hektor Bellerin üçün hərəkətə keçib.

Məlumata görə, "Cim-bom" rəhbərliyi 28 yaşlı ispaniyalı futbolçunu komandadan ayrılacağı gözlənilən Saşa Boeyə əvəzləyici olaraq görür. Artıq tərəflər arasında danışıqlar aparılır. "Qalatasaray" Bellerin üçün 8 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, təcrübəli futbolçu karyerası ərzində "Arsenal", "Barselona" kimi klublarda top qovub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR