Messi bu klubun təklifini qəbul etdi

PSJ-nin hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanının l Hilal” klubu ilə razılığa gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə xarici KİV-lər xəbər verib. Bildirilir ki, Messi klubun təklif etdiyi müqaviləni qəbul etməyə razılıq verib. Detallar barədə məlumat olmasa da, bundan əvvəl klubun Messiyə illik 400 milyon avro təklif etdiyi barədə xəbərlər dərc edilib.

Həmçinin bildirilir ki, “Əl Hilal” Messinin "Barselona"dan sabiq komanda yoldaşı olan Serxio Buskets və Jordi Albanı da transfer etmək istəyir. Buskets hələlik qərarını verməsə də, Albanın “Əl Hilal”a transfer ola biləcəyi istisna edilmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR